Resept:Kəsmikli alma piroqu

Tərkibi

redaktə

İç üçün:

  • 5 ədəd alma,
  • 3 xörək qaşığı şəkər tozu
  • darçın

Xəmir üçün:

  • 2 ədəd yumurta,
  • 0,5 stəkan şəkər tozu
  • 250 qram un
  • 200 qram kəsmik
  • 150 q. kərə yağı,
  • 2 çay qaşığı nişasta
  • qabartma tozu
  • vanil və ya bir neçə damcı vanil ekstraktı
  • şəkər kirşanı (pudrası), üstü üçün

Hazırlanması

redaktə

Un yağla ovulur. Kəsmik, şəkər, yumurta, nişasta və qabartma tozu əlavə edilərək yumuşaq xəmir hazırlanır və yarım saat soyuducuda saxlanılır.

Xəmir iki hissəyə bölünür. Bir hissəsi yağlanmış tavaya qoyulur üzərinə dilimlənmiş alma düzülür, şəkər və darçın səpilir. Üzərinə ikinci hissə xəmir qoyulur, üstü yumurtalanır və sobaya qoyulur. Piroq 40 dəq. ərzində üstü qızaranadək bişirin.

Süfrəyə verilməsi

redaktə

Üstünə şəkər kirşanı səpilərək süfrəyə verilir.