Resept:Kəsmikli piroq

Tərkibi

redaktə
  • 3 yumurta
  • 100 qram kərə yağı
  • 1 st. un
  • 1 st. şəkər
  • qabartma tozu

Kəsmikli krem üçün

redaktə
  • 1 kq kəsmik (yağlılığı 9-18%)
  • 3 ədəd yumurta
  • 0.5 st. şəkər tozu
  • vanil
  • 0.5 st. xama
  • 1 limonun qabığı (sedra)
  • 0,5 limonun şirəsi

Hazırlanma qaydası

redaktə

Xəmir hazırlanaraq sobada bişirilir. Sonra sobadan çıxarıb soyumaq üçün kənara qoyun.

krem hazırlamaq üçün

Limonu yuyub qurulayın və qabığını soyun. Limonun qabığını sürtkəcin nazik gözündən keçirin. Yarım limonun suyunu sıxın.

Kəsmiyi blenderdən keçirib üzərinə şəkər tozu və vanil şəkəri əlavə edin. Kəsmikli qarışığı mikserlə qarışdırıb, üzərinə sürtkəcdən keçirilmiş limon qabığı (sedrası), limon suyu tökün və qarışdırın. Sonra 4 yumurta və qaymaq əlavə edib qarışdırın.

Hazırladığınız kəsmikli kremi forma qabındakı korjun üzərinə töküb bərabər şəkildə yayın. Kəsmikli piroqu sobada 15 dəq. bişirin. Hazır piroqu sobadan çıxarıb, soyumaq üçün kənara qoyun.