Resept:Kala (şirniyyat)
Bu mətni və ya bölməni vikiləşdirmək lazımdır. Lütfən, onu ümumvikikitab qaydalarına uyğun şəkildə tərtib edin. |

Kala — Asan və tez hazırlanan vaflili şirniyyat.
TərkibiRedaktə
Yumurta - 4 ədəd, şəkər tozu - 200q, ərinmiş kərə yağı - 50q, un - nə qədər apararsa, 1 qabartma tozu, 1 vanil
Hazırlanma qaydasıRedaktə
Kala hazırlamaq üçün yumurta və şəkər tozu birlikdə çalınır, üzərinə ərinmiş kərə yağı əlavə olunub köpüklənənə qədər çalınır. Sonradan həlməşik (orta qatiliqda olan kütlə) şəklə düşənə qədər çalınır, üzərinə qabardıcı toz və vanil əlavə edilir. Alınmış kütlə vafli üçün nəzərdə tutulmuş xüsusi aparat vasitəsilə bişirilir və istənilən şəklə (boru, buket və s.) salınır.