Resept:Kartof kotleti

Lazım olan ərzaqlarRedaktə

  • 1 kq kartof;
  • 1 ç/q duz;
  • 40 q kərə yağı;
  • 35 q buğda unu;
  • 2 ədəd yumurta;
  • 30 ml bitki yağı.

HazırlanmasıRedaktə

Kartofu təmizləyib duzlu suda yumşalanadək bişirin. Suyunu süzüb kərə yağı əlavə edin və yaxşıca əzin. Sonra yumurta və unu da qatıb qarışdırın. Alınmış kütlədən kotletlər hazırlayın. Yağ tökülmüş qaynar tavada qızılı rəng alanadək qızardın. Kotletləri xama, göbələk sousu, tərəvəz salatı ilə birlikdə, həmçinin ət, balıq yeməklərinə qarnir kimi vermək olar.

MənbəRedaktə