Resept:Kartoflu qıstıbıy

(Resept:Kartoflu kıstıbıy səhifəsindən yönləndirilmişdir)


Kartoflu kıstıbıy — Tatar mətbəxinə aid olan dolumlu xəmir xörəyi.

Tərkibi

redaktə
  • 200 q düşbərə xəmiri;
  • 120 q kərə yağı;
  • 500 q kartof;
  • duz;
  • qara istiot.

Hazırlanması

redaktə

Kartof təmizlənir və suda bişirilir. Üzərinə duz, istiot vurulub püre hazırlanır.

Xəmiri kündələnir. Balaca, əl boyda yuxalar yayıb quru qızdırılmış tavada hər iki üzü qızaranadək bişirilir. Təxminən hər üzünü 1-2 dəqiqə. Çox qurutmaq olmaz. Bunun üçün bişəndən sonra üzərinə dəsmal da çəkmək olar ki, qatlayanda sınmasın.

Bişmiş yuxanın yarısına kartof püresi qoyulur, digər yarısı isə üstünə qatlanır.

Süfrəyə verilməsi

redaktə

Üzərinə kərə yağı çəkib süfrəyə verilir.

Mənbə

redaktə
 
Wikipedia logo
Qıstıbıy haqqında Vikipediyada məqalə var.