Resept:Kartoflu qıstıbıy
Kartoflu qıstıbıy | |
---|---|
Kateqoriya: | Kartoflu kıstıbıy |
Porsiya: | 6 pay |
Hazırlanma mürəkkəbliyi: |
Kartoflu kıstıbıy — Tatar mətbəxinə aid olan dolumlu xəmir xörəyi.
Tərkibi
redaktə- 200 q düşbərə xəmiri;
- 120 q kərə yağı;
- 500 q kartof;
- duz;
- qara istiot.
Hazırlanması
redaktəKartof təmizlənir və suda bişirilir. Üzərinə duz, istiot vurulub püre hazırlanır.
Xəmiri kündələnir. Balaca, əl boyda yuxalar yayıb quru qızdırılmış tavada hər iki üzü qızaranadək bişirilir. Təxminən hər üzünü 1-2 dəqiqə. Çox qurutmaq olmaz. Bunun üçün bişəndən sonra üzərinə dəsmal da çəkmək olar ki, qatlayanda sınmasın.
Bişmiş yuxanın yarısına kartof püresi qoyulur, digər yarısı isə üstünə qatlanır.
Süfrəyə verilməsi
redaktəÜzərinə kərə yağı çəkib süfrəyə verilir.