Resept:Kişmişli bulka

Tərkibi

redaktə
  • Yarım st. süd
  • 80 qr şəkər
  • maya
  • 600 qr un
  • 100 qr kərə yağı və ya marqarin
  • 2 yumurta
  • duz
  • kişmiş

Hazırlanması

redaktə

Maya isidilmiş süddə əridilir, buna yumruta, şəkər, duz və yağ əlavə edilir, 5-10 dəqiqəlik bir kənara qoyulur. Sonra 600 qr un əlavə edilir və yumşaq bir xəmir yoğrulur.

Xəmir üçün 1-2 saatlıq gəlməyə qoyulur. Xəmir yaxşıca qabardıqdan sonra düzbucaqlı şəklində yayılır. Üzərinə kərə yağı çəkib, kişmişlər qoyulur. Yayılmış xəmir rulet şəklində bükülür. Rulet bir neçə hissələrə kəsilir. Xəmir bulkalar duxovka listinə qoyulur, 200 dərəcədə 15-20 dəqiqə bişirilir.

Mənbə

redaktə