Resept:Kofeli dondurma

Tərkibi

redaktə
  • 400 qram qatılaşdırılmış şəkərli süd
  • 1.5 su bardağı su
  • Yarım su bardağı + 1 xörək qaşığı üyüdülmüş kofe
  • 1/3 su bardağı tam yağlı süd

Hazırlanması

redaktə

1.5 su bardağı su və yarım su bardağı üyüdülmüş kofe ilə çox tünd bir kofe hazırlayın.

Suyun bir qismi buxarlaşdırılıb bir qismi də kağız filtir tərəfindən keçirildiyi üçün nəticə olaraq 1 su bardağı çox tünd kofe əldə edirsiniz.

Qatılaşdırılmış şəkərli südü, kofeni və südü hava keçirməyən qapaqlı bir qapta qarıştırıb buzxanada ən az 3-4 saat və ya soyuducuda ertəsi günə qədər saxlayın.

Qarışım yaxşıca soyuduğunda fantaziyanıza uyğun bir şəkildə hazırlayıb, təkrarən donana qədər hava keçirməyən bir qabda buzxanada saxlayın.