Resept:Limonlu piroq
Ərzaqlar
redaktə- 3 ədəd limon
- 200 q kərə yağı
- 1/4 stəkan mixəyi şəkər tozu
- 1 stəkan yarıım un
- 2 çay qaşığı qabartma tozu
- 1 stəkan şəkər tozu
- 3 xörək qaşığı sürtgəcdən keçirilmiş limon qabığı
- 2 ədəd yumurta - ağını sarısından ayırın
- çay qaşığının dörddə biri qədər vanil ekstraktı, duz
- yarım stəkan süd
Hazırlanma qaydası
redaktəƏvvəl limonları nazik halqalara döğrayın (nə qədər nazik olsalar, o qədər yaxşıdır) Toxumlarını çıxardın. Sobanı 180 dərəcəyədək qızdırın.
Sonra dibi yapışmayan və soba istisinə dayanıqlı tavada 70 qram kərə yağını mixəyi şəkərlə bərabər orta odda əridin. Limon halqalarını əlavə edib, odu bir az artırıb, tavadakı ərzaqları qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Tavanı kənara çəkin. Tavadakı limonları səliqəli şəkildə düzün. Un, qabartma tozu və duzu bir kasada qarışdırın.Qalan 100 qram yağı mikserlə rəngi açılanadək çalın. Şəkər tozu, limon qabığı, yumurta sarısı və vanil ekstraktını əlavə edərək ərzaqları qarışanadək mikserlə çalın. Mikserin sürətini azaldaraq unlu qarışıq və südü az-az əlavə edərək kütləni hər əlavədə ərzaqlar qarışanadək çalın.
Yumurta ağlarını ayrı qabda çalın. Çalınmış ağları tədricən digər kütləyə əlavə edin və kütlənin içinə yüngülvari hərəkətlə qaşıqla qarışdıraraq yedirdin. Diqqətli olun, çox qarışdırmayın. Alınan kütləni limon dilimlərinin üstünə töküb qaşıqla üstünü hamarlayın. Piroqu sobanın orta təbəqəsində 45-50 dəqiqə və yaxud üstü qızaranadək bişirin. Sonra tavanı kənarda 15 dəqiqə soyudun.
bıçaqla piroqun kənarlarını tavadan ayırın və piroqu istiyə dayanıqlı qaba alt-üst çevirin. Piroqu 5 dəqiqə də soyutduqdan sonra süfrəyə verə bilərsiz.