Resept:Limonlu rulet

Tərkibi

redaktə
  • 3 yumurta
  • 1,5 st. şəkər tozu
  • 1 st. un
  • 1 limon

Hazırlanması

redaktə
  • Yumurtaların ağını sarısından ayırıb 1 st. şəkər tozu ilə möhkəm çalın. Sonra yumurta sarılarını, ələnmiş unu əlavə edib eynicinsli kütlə alınanadək çalın.
  • Perqament döşənmiş siniyə tökün, hamarlayıb 180 dəqiqə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.
  • Bu müddətdə içi hazırlayın: limonu yuyun, qurudun, sürtgəcdən keçirib 0,5 st. şəkər tozu ilə qarışdırın.
  • Biskvit hazır olanda çıxarıb dəsmalın üstünə qoyun, üzərinə iç çəkib rulet kimi bükün. Bir qaba qoyun, üzərinə şəkər pudrası səpin.

Xarici keçidlər

redaktə