Resept:Lobya fisincanı
Lobya fisincanı | |
---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi |
Porsiya: | 4 |
Enerji qiyməti: | 400 kkal. |
vaxt: | 25 dəq. |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
redaktə- Qırmızı lobya – 100 q,
- baş soğan – 30 q,
- ərinmiş yağ – 20 q,
- qoz ləpəsi – 30 q,
- sirkə - 20 q və ya nar şirəsi – 15 q,
- keşniş göyərtisi – 20 q, istiot, duz.
Hazırlanması
redaktəLobya bişirilir, qızardılmış baş soğan və qoz ləpəsi ilə ətçəkən maşından keçirilir. Istiot, duz, sirkə və ya nar şirəsi əlavə edilib qarışdırılır. Fisincanın üstünə göyərti səpilir və halqavarı doğranmış baş soğanla bəzədilir.