Resept:Mərcili çiy küftə
Lazım olan ərzaqlar: 100 qram qırmızı mərci, 100 qram narın bulğur, 1 baş soğan, 1az cəfəri, 2 xörək qaşığı tomat (pamidor əzməsi) duz, istot (qirmizi+qara), sarıkök (yoxdursa problem deyil), Bitki yağı (günəbaxan və ya zeytun yağı). Bəzək və qarnitur üçün Kahı yarpaqları.
Hazırlanması: Deməli, bir qazana 2 stəkan su(təxminən) və mərcini əlavə edib, mərci əzilib, bişənə qədər qaynadırsınız. Arabir mərcini qarışdırmanız məshləhətdir. Sonra (suyu çox qurumamalıdır=normal qarışım olmalidir) Bu prosedur bitdikdən sonra 100 qr bulgurumuzu bişmiş mərcimizin üzərin\ töküb, narım-narın cəfəriləri də doğrayıb, üzrinə tökürük və qarışdırırıq yaxşıca. Sonra ayrı bir tavaya soğanları xırda-xırda doğrayıb üzərinə çıxana qədər bitki yağı əlavə edib, soğanları yaxşıca qızardırıq və üzərinə duz və sarıkök əlavə edib, qızardırıq. Ən sonda 2 qaşıq tomatımızı da əlavə edib, ocaqdan götürürük və isti-isti bulgurlu, mərcili qarışığımızın üzrinə soğanı ve qirmizi istiot əlavə edib, yaxşıca yoğururuq və əlimizdə küftə halına gətirib əvvəlcədən təmizlənmiş kahı yarpaqlarının üzərinə düzürük.