Resept:Mərmərli şokoladlı çizkeyk
Tərkibi
redaktə- 170 qr xırda peçenye
- 75 qr yumşaldılmış kərə yağı
- 220 qr tünd şokolad
- 370 qr yağlı pendir
- 150 qr şəkər tozu
- 3 yumurta
- 2 çay qaşığı vanil
- 150 ml yağlı qaymaq
Hazırlanması
redaktəPeçi 160°С dərəcəyə qədər qızdırın, 20 sm diametrə malik olan tavaya kalka kağızı qoyun. Peçenyeni yağla qarışdırın və bu formanın içinə tökün. Kasanın içərisində şokoladı əzin, yağlı pendiri, şəkər tozunu, yumurtanı, vanili və qaymağı da bunun içərisinə qatın. Bu qarışımın pendirlə olan bir hissəsini şokoladla ayrıca qatışdırın. Yuxarı hissəsinə pendirli qarışımı əlavə edin. Bıçaqla səliqəli şəkildə üzərinə çəklin, çünki mərmər effekti verməlidir. 50 – 55 dəqiqə peçdə bişməsini gözləyin.