Resept:Manqal salatı
Tərkibi
redaktə- 1 kq pomidor
- 1 kq körpə badımcan
- 5 ədəd acı bibər
- 2 ədəd soğan
- 2 dəstə ağ reyhan
Hazırlanması
redaktəPomidor, badımcan və bibər yuyulur. Şişə keçirilir və manqalda hər iki tərəfi bişirilir. Manqal yoxdursa ev şəraitində, sobada bişirilə bilər. Soyuduqdan sonra qabıqları soyulur. Soğan və ağ reyhan xırda doğranılıb əlavə edilir. Zövqə görə duz və istiot vurularaq süfrəyə verilir.
- Qeyd: Yay vaxtı kababla yemək daha məsləhətlidir.