Resept:Meyvə, fındıq və balqabaqlı desert
Ərzaqlar
redaktə- 300 q. balqabaq
- 2 ədəd sarı alma
- 1 ədəd portağal
- 50 q.bal
- 20 q. şəkər
- 20 q. sarı kişmiş
- 100 ml. portağal şirəsi
Hazırlanması
redaktəBalqabağı yuyub təmizləyin, sonra onu dairəvi formasında doğrayıb qazana yığın, üzərinə lazımi miqdarda su əlavə edib 15 dəqiqə bişirin. Buraya əridilmiş bal, şəkər, portağal şirəsi əlavə edib 10 dəqiqə bişirin.
Doğranmış balqabaqları siropdan çıxarın. Sonra almaları dilimləyib siropda 1 dəqiqə bişirin. Kişmişi yuyub, bir qədər suda saxlayın. Balqabaq, alma, doğranmış portağal və kişmişi boşqaba düzün, üstünü fındıqla və ya badamla bəzəyin.