Resept:Mohito
Mohito — zəif alkaqollu içki; kokteyl.
"Mohito"nun vətəni Kuba hesab olunsa da, ilk dəfə 1980-ci illərdə ABŞ-da məşhurlaşıb.
"Mohito" kokteylinin əsasını ağ rom və nanə yarpaqları təşkil edir. Bu kokteyl həm də alkaqolsuz olur.
Tərkibi
redaktə- 1 ədəd yaşıl limon
- 1 dəstə nanə yarpağı
- 60 ml ağ rom
- 3 çay qaşığı şəkər tozu
- 150 ml soda
- xırdalanmış buz
Hazırlanması
redaktəLimon iki hissəyə bölünür və onlardan biri daha bir neçə kiçik hissələrə doğranılır. Böyük bir qədəhə əvvəlcə şəkər tozu, sonra isə qabaqcadan iki yerə bölünən limonun bir parçasının şirəsini tökülür. Üzərinə bir neçə nanə yarpağı əlavə edilir. Bunların hamısını yaxşıca qarışdırılır və nanəni qaşıq vasitəsilə əzilir. Qədəhə xırda hissələrə ayrılan limon parçaları atılır. Onun 2/3-si buzla doldurulur. Daha sonra rom və soda bu qarışığa əlavə edilir. Ən sonda qədəh limon parçaları və nanə yarpaqları ilə bəzədilir.