Resept:Nərgiz salatı
Nərgiz salatı | ||
---|---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi | |
Porsiya: | 5 | |
Enerji qiyməti: | 800 kkal. | |
vaxt: | 30 dəq. | |
Hazırlanma mürəkkəbliyi: | ||
Lazımdır
redaktə- 200 qr toyuq əti
- 2 soğan
- 300 qr qızardılmış göbələk
- 2 qaynadılmış kartof
- 2 qaynadılmış kök
- 200 qr pendir(ağ kaşar pendiri)
- mayonez, xama
- göyərti, duz-istiot zövqə görə
Hazırlanması
redaktəToyuğu qaynadırıq və kvadrat formasında doğrayırıq. Soğanın birini göbələklə yaxşıca qızardırıq. Sonra bir boşqaba toyuğu düzürük, sürtgəçdən keçirilmiş kartof və kökü lay-lay arasını mayonezləyərək davam edirik. Qızardılmış göbələkləri və soğanı da əlavə edirik, üzərini mayonez və xamayla örtürük. Ağ kaşar pendirimizi sürtgəcdən keçirərək salatımızı tamamalayırıq. Qaynadılmış köklərdən nazik halqalar kəsirik, ortasından yavaşca qatlayırıq. Nərgiz gülünün ləçəkləri kimi düzürük saplaqlarını isə göy soğandan düzəldirik. Ləçəklərin tam ortasına sürtgəcdən keçirilmiş yumurtanın sarısını tökürük.