Patbinqsu

Patbinqsu doğranmış meyvə, qatılaşdırılmış süd, meyvə siropu və qırmızı lobyanın da daxil olduğu xırdalanmış buz dənəcikləri ilə hazırlanan məşhur Koreya desertidir. Əgər tərkibinə qırmızı lobya daxil edilməzsə o zaman bu desert sadəcə binqsu adlanır. (Patbinqsu sözündəki pat-qırmızı lobya mənasına gəlir).

Tarixi redaktə

Patbinqsunun ilkin forması üyüdülmüş buz, qırmızı lobya, doq, fıstıq tozu və s. 2-3 inqrediyentdən ibarət idi. Patbinqsunun qeyd etdiyimiz bu ilkin forması Coson sülaləsi (1392-1910) dövründən mövcud idi. Məmurların buzları üyüdüb üzərinə meyvə qoyaraq yedikləri ilə bağlı müxtəlif tarixi qeydlər görə bilərik.

Patbinqsunun müasir forması Yapon müstəmləkəsi (1910-1945) dövründə qırmızı lobyadan hazırlanan soyuq yeməklərin tətbiqi sayəsində kəşf edilmişdir. Lakin ilk dəfə üyüdülmüş buz və qırmızı lobya Koreyada bir-birinə qatılaraq desert olaraq təqdim olunmuşdur.[1] Koreya müharibəsi (1950-1953) zamanı xarici mədəniyyətlərin təsiri ilə binqsuya meyvə kokteyli, dondurma, müxtəlif meyvələr, qoz-fındıq, şərbət, çırpılmış qaymaq əlavə edildi. 1970-1980-cı illərdə meyvə kokteyli, çırpılmış qaymaq və albalıdan hazırlanan binqsu çox böyük marağa səbəb oldu.

Qeyd redaktə