Resept:Pendirli peçenye

Lazım olan ərzaqlar redaktə

  • 180 q pendir
  • 150 q kərə yağı
  • 60 ml qaymaq
  • 2 ədəd yumurtanın sarısı
  • 250 q buğda unu
  • 1 /2 çay qaşığı yumşaldıcı
  • 1 /2 çay qaşığı duz
  • Zövqə görə küncüt və zirə

Hazırlanması redaktə

Yağ və pendiri sürtgəcdən keçirdikdən sonra bir qabda qarışdırın. Buraya qaymaq və 1 ədəd yumurtanın sarısının da əlavə edin. Un, duz və yumşaldıcını da qarışdırandandan sonra alınan kütləni yağ-pendir qarışığına tökün. Xəmiri 3 hissəyə bölüb 1 saat soyuducuda saxlayın. Həmin xəmirdən müxtəlif fiqurlar kəsin, onların üzərinə yumurta sürtün, küncüt və zirə toxumları səpin. Bu fiqurları sobada 10-15 dəqiqə bişirin.

Mənbə redaktə