Resept:Pomidor şirəsi
Pomidor şirəsi — qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, əsasən müalicə məqsədilə, eləcə də isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Hazırlanma qaydası
redaktə- Birinci üsul.
Şirə hazırlamaq üçün pomidorun iri və şirəli sortlarından istifadə edilir.
Pomidorlar tam yetişmiş, lakin dəyib ötməmiş olsa daha yaxşıdır. Pomidor yuyulur, ətçəkən maşından keçirilir və yaxud da xırda doğranılır, 70-80 °C temperatura qədər qızdırılır və dəliklərin diametri 0,4-0,5 mm olan ələkdən keçirilir. Bu zaman kütlənin 70%-0ə qədəri ələkdən keçməlidir. Yerdə qalan hissə tomat püre və ya tomat pasta hazırlanması üçün istifadə edilir. Alınmış pomidor şirəsi qaynayana qədər qızdırılır. 1-2 dəq, qaynadılır, həmin şirə əvvəlcə yuyulur, qaynayan suda sterilləşdirilmiş müxtəlif həcmli banka və balonlara qaynar halda tökülür və dərhal ağzı germetik bağlanır. Bankanın daxilində hava boşluğunun qarşısını almaq üçün banka ağzınacan doldurulmalıdır. Pankaları qapağı üstə qoyub soyudur, qaranlıq və sərin yerdə saxlayırlar. Bu üsulla şirə hazırladıqda əlavə pasterizə tələb olunmur. Çünki banka və tənəkə qapaq qaynayan suda əvvəlcə 2-3 dəqiqə saxlanıb sterilləşdirilir, şirə qaynadıldıqda isə bütün mikroblar məhv olur. Bu üsulla hazırlanan pomidor şirəsi içmək üçün nəzərdə tutulur.
- İkinci üsul.
Pomidoru ətçəkən maşından keçirdikdən sonra qaynayana qədər qızdırıb, 3-5 dəq. qaynadır, kəfini yığır və ələkdən keçirmədən tumu və qabıq qırıntıları ilə birlikdə qanaya-qaynaya bankalara tökülür və dərhal tənəkə qapaqla germetik bağlanılır. Belə şirənin xarici görünüşü bir qədər kobud, içərisində tum, qabıq hissəcikləri və iri pomidor ləti olur. Bu şirədən müxtəlif xörəklərin hazırlanmasında istifadə edilir. Əgər pomidor şirəsini konservləşdirmək üsulu ilə hazırlamaq istəyirsinizsə, onda hazırlanmış şirə 85 °C temperatura qədər qızdırılır, bankalara tökülür, yarımlitrlik bankalar 15 dəq, litrlik bankalar 25 dəq, üçlitrlik balonlar 35-40 dəq. qaynayan suda pasterizə edilir.