Resept:Pomidor dolması
Pomidor dolması | |
---|---|
Kateqoriya: | Dolmalar |
Porsiya: | 6 |
Enerji qiyməti: | 1000-1500 kkal. |
vaxt: | 2 saat |
Hazırlanma mürəkkəbliyi: |
Lazım olan ərzaqlar
redaktə- Qoyun əti - 163 q.
- Pomidor - 300 q.
- Baş soğan - 20 q.
- Ərinmiş yağ - 20 q.
- Göyərti (reyhan, keşniş) - 15 q.
- Darçın - 0,2 q.
- Qatıq - 50 q.
- İstiot - 0,1 q.
- Duz
Hazırlanma qaydası
redaktəQoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır. Orta ölçüdə bərk pomidor seçilib təpəsi kəsilir və özəyi çıxarılır. Hazırlanmış pomidora qiymə doldurulur, dayaz qazana yığılır. Üzərinə pomidordan çıxarılmış özəyin yağda qızardılması ilə hazırlanmış sous əlavə edilib öz buğunda bişirilir.