Resept:Portağal dondurması

Lazım olan ərzaqlar

redaktə
  • 3 portağal,
  • 250 qram qatılaşdırılmış süd,
  • 400 qram yağlı xama.

Hazırlanma qaydası

redaktə

Portağal qabığı soyularaq blenderdə xırdalanır. Sonra meyvə püresinin üzərinə süd, xama əlavə edilərək 2 dəqiqə blenderdə qarışdırılır. Alınan kütlə paslanmayan formalara tökülərək, soyuducuya qoyulur və 5 saat buzxanada saxlanılır. Hazır dondurmanı püstə ilə bəzəmək, təzə meyvə ilə yemək olar.