Resept:Praqa tortu

Tərkibi: - 1,5 st. un - 2 yumurta - 1 st. xama - Yarım banka qatılaşdırılmış süd - 1/2 ç.q. soda - 1 st. şəkər tozu - 3 ç.q. kakao Krem üçün: - 100 q. kərə yağı - Yarım banka qatılaşdırılmış süd - 2 ç.q. kakao Qlazur üçün: - 3-4 x.q. xama - 3-4 x.q. şəkər tozu - 1 ç.q. kakao

Hazırlanması: Yumurtanın ağını sarısından ayırın. Xamanın içinə soda əlavə edin. Yumurtanın ağını şəkər tozu ilə çalın. Sonra xamanı, yumurta sarısını, kakao və unu əlavə edib yaxşıca qarışdırın. Siniyə perqament döşəyib onu bitki yağı ilə yağlayın. Xəmiri siniyə töküb soyuq sobaya qoyun. Sonra 180 dərəcə temperaturda biskviti 30 dəqiqə bişirin. Hazır biskviti eninə 3-4 yerə bölün. Krem üçün kərə yağı, qatılaşdırılmış süd və kakaonu mikserlə çalın. Hər korjun üstünə krem çəkərək üst-üstə qoyun. Qlazur üçün nəzərdə tutulan ərzağı qarışdırıb zəif odda daim qarışdıraraq 5 dəqiqə bişirin. Tortun üzərinə şokoladlı qlazur çəkin.

Mənbə:qadinlar.biz