Resept:Qış salatı
Lazım olan ərzaqlar
redaktə- 3 kq. göy pomidor;
- 1 kq. şirin bibər (yaxşı olar ki, qırımızı, yaşıl, sarı rəngli bibərlərin qarışığından istifadə olunsun);
- 1 kq. yerkökü;
- 1 kq. baş soğan;
- 400 qr. bitki yağı;
- 100 qr .şəkər tozu;
- 100 qr. duz;
Hazırlanma qaydası
redaktəBütün tərəvəzlər yarımdairə şəklində doğranır, duzlanır və üstü örtülərək bir gecə sərin yerdə saxlanılır. Səhər tərəvəzlərin şirəsi süzülür, sonra yağ 5-10 dəqiqə qaynadılaraq tərəvəzlərin üzərinə tökülür. Bu mərhələdən sonra şəkər tozu əlavə edilərək 30 dəq qaynadılır. Hazır salat bankalara yığılaraq bağlanılır.