Resept:Qırmızı kürü ilə salat
Lazım olan ərzaqlar
redaktə- yumurta 3 ədəd
- kürü 80 qr
- bitki yağı 80 qr
- xiyar və pomidor 80 qr
- yaşıl kahı
- göy soğan 80 qr
- duz
Hazırlanma qaydası
redaktəBərk bişirilmiş yumurta başlardan kəsilib çəllək formasına salınır. Yumurtanın bir tərəfindən qaşıqla sarısı çıxarılır və yerinə təpəcik şəkilində bitki yağı ilə qarışdırılmış qırmızı kürü yerləşdirilib boşqaba qoyulur. Yumurtanın kənarları yaşıl kahı yarpağı, xiyar dilimləri, təzə pomidor və göy soğanla bəzədilir.