Resept:Qırmızı lobya salatı

Tərkibi

redaktə
  • 1 banka konservləşdirilmiş
  • qırmızı lobya
  • 2 yumurta
  • 3-4 duzlu xiyar
  • 1 qırmızı,1 yaşıl və 1 sarı
  • bolqar bibəri
  • Xama
  • duz

Hazırlanması

redaktə

Qırmızı lobya konservi açılır, suyu süzülür və bir qaba qoyulur. 2 yumurta qaynadılır, soyudulur və rəndənin böyük gözündən keçirilir. Duzlu xiyarlar xırda-xırda doğranır. Qırmızı, yaşıl və sarı bibərlərin hər birindən 1-2 yuvarlaq dilim kəsilib kənara qoyulur, qalan hissələri isə xırda-xırda doğranır. Bütün doğranılanlarla birgə duz və xama əlavə edilib qarışdırılır. Servis edərkən boşqab yaşıl salat və ya ispanaq yarpağı və əvvəlcədən kəsilib ayrılmış bibər dilimləri ilə bəzədilir.

Mənbə

redaktə