Resept:Qırmızı qarağat mürəbbəsi

Tərkibi

redaktə
 
Qırmızı qarağat
  • 1 kq təmizlənmiş qırmızı və ya qara qarağat
  • 1 kq şəkər
  • 1/4 stəkan su

Hazırlanma qaydası

redaktə

Giləmeyvəni saplaqlardan təmizləyib ehtiyatla yuyun. Mən adətən giləmeyvəni süzğəcin içində yuyuram. Süzğəci vaxtaşırı silkələyirəm. Qazana ya da teştə giləmeyvənin yarısını töküb üstünə şəkər əlavə edin, və sonra qalmış giləmeyvəni tökün.

Vaxtaşırı qazanı silkələyin, şəkər bərabər yerləşməlidir. Bir neçə saat saxlayın. Əgər hava istidirsə, onda soyuq yerdə (soyuducuda), əks halda giləmeyvə turşuyar. Su əlavə edib qazanı (teşti) orta odun üstünə qoyun.

Şəkər əriməlidir və mürəbbə qaynamalıdır. 5-7 dəq odun üstündə saxlayın. Bərk qaynamamalıdır. Odu söndürüb, mürəbbəni soyudun. Yenidən 5 dəqiqə qaynadın. Mürəbbə hazırdır.

Mənbə

redaktə