Resept:Qızıl balıq salatı

Ərzaqlar

redaktə
  • 1 banka konservləşdirilmiş qorbuşa balığı
  • 1 ədəd soğan
  • 50-60 qram duzlu krekerlər
  • 100-150 qram pendir
  • 1 ədəd yumurta
  • mayonez
  • şüyüd

Hazırlanma qaydası

redaktə

Soğanı xırda-xırda doğrayın. Pendiri sürtkəcin iri gözündən keçirin. Balığı çəngəl ilə əzin. Yumurtanı bişirib kənara qoyun, çünki bişmiş yumurta sonda salatı bəzəyəndə istifadə olunacaq. Salatı aşağıdakı kimi laylarla qaba düzün, layların arasına mayonez çəkməyi unutmayın.

  • 1-ci lay: xırda doğranılmış soğan, mayonez
  • 2-ci lay: krekerlərin yarı hissəsi, mayonez
  • 3-cü lay: pendir, mayonez
  • 4-cü lay: krekerlərin qalan hissəsi, mayonez
  • 5-ci lay: qorbuşa balığı.

Sonuncu layın üzərinə mayonez sürtməyin. Onun üzərinə bişmiş yumurtanı sürtkəcin xırda gözündən keçirib səpin və şüyüdün yarpaqları ilə bəzəyin. Salatı öz zövgünüzə görə də bəzəyə bilərsiz.

Mənbə

redaktə