Resept:Qızıl balıq və almalı qəlyanaltı
Ərzaqlar
redaktə- 400 qram qızıl balıq
- 2 ədəd alma
- 2 ədəd bibər
- 30 ml bitki yağı
- Yaşıl soğan
- Duz
Hazırlanması
redaktəBalığı sümükdən təmizləyib dərisini soyub, iri-iri doğrayıb duzlayın. Sonra tavada bitki yağında qızardın. Almaları dilimləyin, bibərlərin tumunu çıxarıb çox da böyük olmayan hissələrə ayırın. Yaşıl soğanı xırda-xırda doğrayın. Üzərinə yaşıl soğan səpilmiş balıq, alma və bibərləri salat boşqabına yerləşdirin.