Resept:Qızılgül şərbəti

Ərzaqlar redaktə

  • 200 qram qızılgül ləçəyi
  • 1 stəkan şəkər tozu
  • 1 litr su
  • 0,5 qram limon cövhəri, yaxud 1 çay qaşığı limonun dörddə bir hissəsi.

Adətən, bu cür şərbət mürəbbədən ötrü becərilmiş tünd qoxulu qızılgül ləçəyindən hazırlananda daha yaxşı olur. Şərbətin rəngi yaxşı olsun deyə ləçəklərin yarısı tünd qırmızı qızılgülünkü olmalıdır.

Hazırlanma qaydası redaktə

Çəhrayı ləçəkləri (şehlidirsə daha yaxşı) minalı qazana tökün. Üzərinə su əlavə edib, qazanın qapağını kip örtün. Sonra vam odda qaynara düşən kimi ocaqdan endirin və qapağı gütürmədən soyudun.

Başqa bir minalı qazana şəkər tökün, qızılgül həlimini ora süzün və vam odda bişirin. Qaynara düşənə yaxın ocaqdan endirin, qapağı götürmədən 18-20 dərəcəyədək soyudun. Limon cövhəri əlavə edildikdən sonra 8-10 dərəcəyədək soyudun, yaxud süfrəyə qoyanda şərbətin içinə bir neçə buz parçası atın.

Mənbə redaktə