Resept:Qızılgül mürəbbəsi
Qızılgül mürəbbəsi | |
---|---|
Kateqoriya: | Şirniyyatlar |
Porsiya: | 20 |
Enerji qiyməti: | 1000-2000 kkal. |
vaxt: | 2 saat |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
redaktə- Qızılgül ləçəkləri - 100 q,
- şəkər - 900q,
- lumu turşusu - 2q.
Hazırlanma qaydası
redaktəLəçəklər soyuq su ilə yuyulur, dəsmalın üzərinə sərilir və suyu çəkilənə qədər qurudulur. Mürəbbəni bişirmək üçün öncə şirə hazırlanır. Bu məqsədlə 1 kiloqram şəkərə 1 stəkan su əlavə olunur və odun üstündə qaynadılır. Şirə qaynadıqca kəfi yığılır və sonra ona gül ləçəkləri əlavə olunur. Nəzərə alınmalıdır ki, bir kiloqram şəkərdən hazırlanmış şirəyə 100 qram gül ləçəyi əlavə edilməlidir. Elə ki, mürəbbə qaynağa düşdü, götürüb 12 saatlığa kənara qoyulur. Sonra onu yenidən qaynamağa qoyurlar. Mürəbbənin çəhrayı kəfi yığılır, 20-25 dəqiqiə ərzində mütəmadi olaraq qarışdıra-qarışdıra bişirilir. Şirə qatılaşanda ona 2 çay qaşığı limon şirəsi, yaxud yarım çay qaşığı quru limon turşusu əlavə edilir. Bundan sonra bozumtul çəhrayı şirə bir andaca şəffaflaşır. Mürəbbə daha 2-3 dəqiqə də qaynadılır və steril qablara yığılıb, ağzı bağlanılır.