Resept:Qız qalası tortu

Ərzaqlar

redaktə

Xəmir üçün

  • 1,5 stəkan əla sort buğda unu;
  • 100 qram kərə yağı;
  • 3 ədəd yumurta sarısı;
  • 0,5 ç.q. soda;
  • ¾ st. xama;
  • Bir çimdik duz;
  • Zülallı krem üçün:3 ədəd yumurta ağı ,4 x.q. şəkər tozu;

Yağlı krem üçün

  • 100 qram kərə yağı;
  • 4 x.q. qatılaşdırılmış süd;
  • 2 x.q. səkər kirşanı, vanilin;
  • 1 x.q. kakao tozu;
  • 3 x.q. qoz ləpəsinin ovuntusu (üzərinə səpmək üçün).

Hazırlanma qaydası

redaktə

Kərə yağı, şəkər və duz qarışdırıb, üzərinə yumurta sarısı əlavə edib yaxşıca çalın. Sonra sodanı xama ilə qarışdırıb, yağlı kütlənin üzərinə töküb, un əlavə edib xəmir hazırlayın. Xəmirdən 2 pay 6-8 mm. qalınlığında yayıb ayrı-ayrılıqda 250 dərəcədə qızdırılımış sobada bişirin. Soyuduqdan sonra birinci bişmiş qatın üzərinə yağlı krem çəkib ikinci qatın üzərinə qoyun. Tortun üzünə krem çəkin, əvvəlcədən şəkərdən hazırlanmış "Qız qalası" fiquru qoyun, zülallı kremlə və tortun üzərinə qoz ovuntusu səpməklə bəzəyin.

Mənbə

redaktə