Resept:Qızardılmış şir kəllələri
Qızardılmış şir kəllələri — Kələm yarpaqlarının yanında olan qızardılmış ət parçaları şir kəlləsinə bənzədiyinə görə yemək belə adlanır.
Rəvayətə görə, yeməyin müəllifi Yançjoudakı bir qadınmış.
İnqradientlər
redaktəHazırlanma üsulu
redaktəŞiitake göbələklərini qaynar suda 30-60 dəqiqə saxlayın, sonra xırda doğrayın. Krevetkalarıt iri tikələrlə doğrayın. Soğanı da bu formada doğrayın. Zəncəfili təmizləyin və xırda doğrayın.
Mal ətini kiçik tikələrə kəsib blenderdə farş vəziyyəti alana qədər doğrayın. Ora krevetka, göbələk, göy soğan, şəkər tozu, zəncəfil, ağ şərab, soya sousu və bir qədər nişasta əlavə edin. Duzlayın və zövqünüzdən asılı olaraq, istiot əlavə edin.
Farşı yaxşıca qarışdırıb yarım saatlığa soyuducuya qoyun.
Vaxt keçəndən sonra farşı çıxarın, əllərinizi soyuq suda isladıb farşdan hər birinin diametri 6 sm olan kürələr hazırlayın.
Onları nişastada çevirib tavanın içinə azacıq bitki yağı tökün və güclü odda qızardın. Küftə formalı kürələr qızarana qədər çevirib bişirin.
Kələm yarpaqlarını uzununa iki yerə bölün. Yarpağın yuxarı hissəsinə toxunmayın, aşağı və daha qaba hissəsini təxminən 3 sm enində zolaqlara doğrayın.
Qazana bir qədər bitki yağı tökərək kələmin aşağı hissəsini duzlayın və orada bir qədər qızardın. Sonra kürələri düzün. Oraya bulyonu elə tökün ki, məhlul kürələrin yarısından yuxarı qalxmasın.
Qazanı 20 dəqiqə sonra oddan götürün.