Resept:Qarınqulu salatı
Tərkibi
redaktə- Kök - 3-4 ədəd
- Hislənmiş toyuq döş əti - 450 qr
- konservləşdirilimiş yaşıl noxud (qorox)
- soğan
- mayonez
Hazırlanması
redaktəƏvvəlcə soğanı yarımhalqa doğrayırıq. Sonra soğanı (su+şəkər+sirkə) də marinad edirik, təxminən 1 saat saxlayırıq. Kökü rəndənin kiçik dişindən keçiririk. Sonra kökü tavada azca "öldürürük", yumşaq olsun deyə və soyumağa qoyuruq. Toyuq döş ətini xırda-xırda doğrayırıq. Sonra geniş bir qabda kök, toyuq, noxud və soğanı qarışdırırıq. Mayonez əlavə edib bir daha qarışdırırıq. Başqa bir qaba alıb,üzərini bəzəyirik. Nuş olsun!