Resept:Qarpız qabığından mürəbbə
Qarpız qabığından mürəbbə | |
---|---|
Kateqoriya: | Şərq şirniyyatı |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
redaktə- 1 kq qarpız
- 1.5 kq şəkər
- 2 stəkan su
- 2 qr limon turşusu
Hazırlanma qaydası
redaktəİlk əvvəl qarpız qabığının üst qatını soyulur. Daha sonra nazik parçalara bölünür (zövqə uyğun olaraq kubik, çubuqvari və s.) və suda yüngülvari qaynadılır. Sonra suyu süzüb, qabıqları şərbətə qoyulur. Rəngi şəffaflaşana qədər qaynadılır. Qaynama bitənə az qalmış limon turşusu əlavə edilir.