Resept:Qazan kababı
Qazan kababı | |
---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi |
Porsiya: | 2 |
Enerji qiyməti: | 1500 kk |
vaxt: | 1 saat |
Hazırlanma mürəkkəbliyi: | ![]() |
Lazımlı ərzaqlar redaktə
adambaşına
- 300 qr qoyun əti
- 20 qr quyruq yağı
- 25 qr nar
- 2 ədəd baş soğan
- 5 qr göyərti
- istiot, duz.
Hazırlanma qaydası redaktə
Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qazanda (qalaylı mis qazanda) qovrulur, istiot, duz və yağda qızardılmış soğan qatılır. Hazır olmasına 5-6 dəqiqə qalmış xörəyə yetişmiş nar dənələri əlavə edilir və üstünə göyərti səpilir.
Süfrəyə verilməsi redaktə
Süfrəyə verilən zaman qazan kababı boşqaba çəkilir, yanına mövsümdən asılı olaraq pomidor, xiyar və göyərti qoyulur.