Resept:Qoza mürəbbəsi
Qoza mürəbbəsi — Şam qozalarından hazırlanan mürəbbə.
Faydası
redaktəŞam qozasının mürəbbəsi öskürəyə, ciyərlərə, bronxlara olduqca xeyirlidir, hətta astma xəstəliyini müalicə edir.
Hazırlanma müddəti
redaktəTəxminən 3 gün çəkən proses nəticəsində hazırlanır.
Hazırlanma qaydası
redaktəŞam qozaları təmiz yuyulur, 4 yerə bölünür, üzərinə çıxana qədər qaynar su tökülür, 10 saat ağzı bağlı saxlanılır, sonra yenidən qaynadılır, yenə 10 saat soyudulur.
Bu proses 3 dəfə təkrarlanır, sonda qozalar yığılır, suyuna uyğun, 1 litrə 1 kq şəkər tozu əlavə edilib, yarım, bir saat bişirilir.
Qeyd: şam qozaları əsasən may ayının sonunda yığılması məsləhətdir, alınan mürəbbə dərman qədər təsirli olduğundan gün ərzində sadəcə 1, 2 qaşıq çaya, suya əlavə edilib içilir.