Resept:Qozlu tort

Ərzaqlar

redaktə

Biskvit üçün

redaktə
  • 5 ədəd yumurta
  • 150 qram şəkər
  • Zövgə görə duz, bir az vanil
  • 150 qram un
  • 2 xörək qaşığı kakao tozu
  • 1 çay qaşığı darçın
  • 2 çay qaşığı nişasta

Krem üçün

redaktə
  • 60 qram çəkilmiş qoz
  • 2 ədəd yumurtanın sarısı
  • 60 qram nişasta
  • 500 ml süd
  • 250 qram yumşaldılmış kərə yağı
  • 100 qram şəkər tozu

Hazırlanma qaydası

redaktə
  1. Sobanı 180 dərəcə qızdırın. Yumurtanın ağına azca duz töküb köpük alınanadək çalın, içinə 75 qram şəkər və vanilin əlavə edib qarışdırın. Sonra yumurtanın sarısına qalan şəkəri qatıb və 3 xörək qaşığı ılıq su əlavə edib, çalın. Üzərinə un, darçın, kakao və nişastanı əlavə edib xəmiri yaxşıca yoğurun. Sonra yumurtanın ağını da əlavə edin. Formanın dibini yağlayıb, perqamentin içinə xəmiri töküb 35 dəqiqəyə sobaya yerləşdirin. Bişmiş xəmir səhərə kimi saxlanılmalıdır. Sonra onu üç hissəyə bölürsüz.
  2. Çəkilmiş qozu, yumurtanın sarısını, nişastanı və bir az südü qarışdırın. Yerdə qalan südü qaynadın və soyudun.
  3. Kərə yağın üzərinə şəkər tozunu əlavə edib 10 dəqiqə ərzində çalın. Sonra qozlu kremi töküb qarışdırın. Alınmış kremi hər iki korjun üzərinə çəkib, üstünə üçüncü korju yerləşdirin. Qalan kremi tortun üstünə və qıraqlarına yayın. Hazırlanmış tortu 2 saat ərzində soyuducuda saxlayın. Sonda tortun üstünü qozlarla bəzəyin.

Mənbə

redaktə