Resept:Quş yuvası salatı
Ərzaqlar
redaktə- 200 qram toyuq əti
- 50 qram vetçina
- 3 ədəd yumurtanın ağı
- 3 ədəd kartof
- 200 qram şampinyon göbələyi
- mayonez
- duz, istiot
- Quş yumurtaları üçün:
- 100 qram pendir
- 3 ədəd yumurta sarısı
- 1-2 diş sarımsaq
- mayonez
- şüyüd
Hazırlanma qaydası
redaktəKartofu soyub, nazik-nazik doğrayıb, bitki yağında qızardırsız.Üzərinə duz töküb kartofu soyumağa qoyursuz.
Toyuq ətini qaynadıb, sümüklərindən təmizləyib, nazik-nazik doğrayısız (yaxud didirsiz). Sonra şampinyon və vetçinanı xırda-xırda doğrayırsız. Yumurtaları bişirib, ağını sarısından ayırırsız. Sonra yumurtanın ağımı sürtkəcin iri gözündən keçirirsiz.
“Quş yumurtaları” hazırlamaq üçün:
Pendir və yumurtanın sarısını sürtkəcin iri gözündən keçirirsiz. Göyərtini təmizləyib xırda-xırda doğrayırsız. Sarımsağı təmizləyib sarımsaq əzəndən keçirirsiz. Sonra ərzaqları: yumurtanın sarısının, pendirin, göyərtinin, sarımsağın üzərinə mayanez əlavə edib yaxşıca qarışdırırsız.
Hazırlanan kütlədən quş yumurtaları düzəldib, formaya salırsız.
Ayrı bir qabda isə doğranmış ərzaqları: toyuq ətini, şampinyon göbələyini, vetçinanı, yumurtanın ağını və mayonezi əlavə edib qarışdırırsız.
Sonra başqa bir qabın içinə salat yarpaqları düzüb, quş yuvası forması almaq üçün qabın qıraqlarına salatı yerləşdirirsiz. Üzərinə qızardılmış kartofları düzürsüz. Salatın orta hissəsinə isə quş yumurtalarını yerləşdirirsiz.