Resept:Rəngli kartof topları salatı
Tərkibi
redaktə40-45 ədəd üçün
- 8-9 orta boy kartof
- 1-2 yemək qaşığı kərə yağı(ya da bitki yağı)
- duz
- 3 ədəd rəndələnmiş kök
- 1 dəstə şüyüd, ya da cəfəri
- qırmızı bibər
Hazırlanması
redaktə- Kartofları qaynadıb qabıqlarını soyun. Geniş bir qabda əzin. Yağ əlavə edin. Ən son duzunu da qoyub yaxşıca qarışdırın.
- Ayrı-ayrı qablara rəndələnmiş kökü, şüyüdü,qırmızı bibəri qoyun. Kartofdan bir miqdar alıb ovucunuzun içində top düzəldin. Daha sonra bu topu kökə bulayıb servis qabına yerləşdirin. Bu prosesi bütün malzəmələr bitənə qədər təkrarlayın.