Resept:Rizə küftə
Lazımlı ərzaqlar
redaktəadambaşına
- 300 qr qoyun əti
- 1 baş soğan
- 40 qr ərinmiş yağ
- 20 qr üzüm sirkəsi
- 10 qr şəkər
- 15 qr tomat – püre
- 25 qr keşniş və şüyüd
- habelə tam üçün duz və istiot götürülür.
Hazırlanma qaydası
redaktəQoyun əti soğanla birlikdə ətçəkən maşından keçirilir. Buna istiot və duz vurulub, yaxşı qarışdırılır və 30 dəq soyuq yerdə saxlanılır. Sonra çəkilmiş ətdən xırda küftəciklər hazırlanaraq, yağ içində qızardılır. Doğranmış soğan ayrıca qızardılıb içinə tomat püre qatılır və bulyonda açıldıqdan sonra buna sirkə, yaxud limon duzu, şəkər, istiot, duz vurulub hazır olunca bişirilir.
Qızardılmış ət küftəciklərinin üstünə sous tökülüb 5 – 10 dəq ərzində öz buğunda bişirilir. Süfrəyə verilən zaman rizə küftənin üstünə doğranmış göyərti səpilir.