Resept:Südlü kakao

Südlü kakao

Südlü kakaoAzərbaycanda qida qəbulundan(əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki.

Tərkibi redaktə

Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

kakao tozu – 30-40 q, şəkər – 100-120 q, süd – 500-800 ml.

Hazırlanma qaydası redaktə

Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100-150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az- az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır. Kakao içkisini fincanlarda və ya altılıqlı stəkanlarda süfrəyə verirlər. Stəkana çalınmış qaymaq və ya yumurta sarısı əlavə etmək olar. Bu məqsədlə bir ədəd ədəd pəhriz yumurtasının sarısı 4-5 ç. q. toz- şəkərlə çalınır və hər stəkana 2-3 çay qaşığı yumurta çalıntısı əlavə edilib qarışdırlmadan süfrəyə verilir. Bu içki Varşavasayağı kakao adlanır.

Həmçinin bax redaktə

Kakao