Resept:Südlü plov
Südlü plov - Azərbaycan mətbəxinə aid geniş yayılmış plov növlərindən biri.
Südlü plov bir neçə üsulla hazırlanır.
Tərkibi
redaktə1 kq düyü, 2 litr süd, duz, zəfəran, 100 qram kişmiş, 100 qram xurma, 350 qram kərə yağı, bal, qaymaq – zövqə görə.
Hazırlanması qaydası
redaktəSüdlüplov ətsiz, yalnız südlə bişirilir. Düyü təmizlənir, xırdası çoxdursa, aşsüzəndən keçirilir. Düyü isti suda təmiz yuyulur. Bir hissə düyüyə iki hissə süd götürülür. Süd qaynadıqdan sonra içinə düyünü tökülür, qarışdırılır, bir az duz vurulur. Rəngi saralanadək zəfəran tökülür, yenidən qarışdırılır. Düyü bişənə yaxın içinə yuyulmuş kişmiş, xurma, zövqə görə bir az şəkər tökülür, ehtiyatla qarışdırılır. Düyü yumşalıb, südü çəkildikdən sonra, dəmə qoyulur. Başqa bir qazanda kərə yağını dağ edilib, dibinə qazmaq qoyulur, süddə bişmiş düyünü qazmağın üstünə töküb yağlanır və dəmə qoyulur. Südlüplov, adətən, bal və qaymaqla yeyilir.
Südlü plovun hazırlanmasının digər bir üsulu aşağıdakı qaydadır.
Tərkibi
redaktəHisə verilmiş kütüm - 182q, düyü - 100 qram, ərinmiş yağ - 40 qram, süd - 250 qram, buğda unu - 20 qram, kişmiş - 50 qram, ərik qurusu - 50 qram, xurma - 25 qpam, şəkər - 20 qram, yumurta - 10əd., zəfəran -0,1 qram, duz.
Hazırlanması qaydası
redaktəDüyü süddə yarımhazır olana qədər bişirilir, şəkər, yağ və zəfəran vurulub 1 saat saxlanılır. Sonra düyü kəfkirlə süzülür, dibinə un, yumurta və suddən hazırlanmış nazik lavaş salınan qazanın içinə tökülüb 30-40 dəqiqə dəmə qoyulur. Kişmiş, ərik qurusu və xurma yağda bişirilir. Süfrəyə verildikdə boşqaba düyü çəkilir, üstünə qazmaq və yağda qovrulmuş kişmiş, ərik qurusu, xurma qoyulur. Plovun yanında ayrıca buğda bişirilmiş kütüm balığı verilir.