Resept:Sürhüllü
Sürhüllü | ||
---|---|---|
Kateqoriya: | Saxur mətbəxi | |
Porsiya: | 4 | |
vaxt: | 1 saat. | |
Hazırlanma mürəkkəbliyi: | ||
Sürhüllü və ya Hinkileer — Saxur milli mətbəxinə aid xörək.
Ətli
redaktəTərkibi
redaktə- Sümüklü mal və ya qoyun əti - 400-500 q,
- buğda unu - 400 q,
- alça vəya zoğal məti - 4 x.q,
- sarımsaq - 4-5 diş, duz.
Hazırlanması
redaktəMal və ya qoyun ətinin sümüklərindən 1 saatdan az olmayaraq qaynadılmaqla bulyon hazırlanaraq, süzülür.
Lobya ayrıca bişirilir.
Buğda unundan suya duz qatmaqla bərk xəmir yoğrulur. Xəmirə 20 dəqiqə istirahət verdikdən sonra kündələnir və 8-10 mm, qalınlığında yayılaraq çubuqcuqlar şəklində doğranır. Həmin çubuqcuqlardan fındıq boyda tikələr kəsilib, urvalanıb, barmaqla eşilir. Bu zaman xəmir tikələri içərisi boş, xırda boruvari forma kəsb edir. Ət bulyonuna əvvəlcə sürfüllü tökülüb bişirilir. Sürfüllünü bulyonu ilə birlikdə çörəksiz yeyirlər. Xörəyin yanında sarımsaq qatılmış alça məti və ya zoğal məti ayrıca verilir. Sürfüllüyə turşu əvəzinə pomidor məti və ya təzə pomidor da tökmək olar.
Ətsiz
redaktəƏtsiz sürfüllünün bişirilməsi üçün hər paya 20 qram ərinmiş yağ götürülür, baş soğan yağda qızardılır və bişmənin sonunda əlavə edilir.