Resept:Saciçi
"Saciçi" — Azərbaycan mətbəxinin ən ləzzətli yeməklərindən biridir. Onun hazırlanmasında eyni vaxtda ətdən və bolluca tərəvəzdən istifadə olunur. Bu yemək sacın – universal qalxanabənzər çuqun qabın içində hazırlanır.
İnqridientlər
redaktə- Qoyun əti (dana əti və toyuq əti də götürmək olar) — 300 qr,
- şampinion — 100 qr,
- bolqar bibəri — 3 ədəd,
- pomidor — 3 ədəd,
- doğranmış soğan — 200 qr,
- kartof — 4 ədəd,
- badımcan — 3 ədəd,
- nar dənələri — 100 qr,
- zeytun yağı, lavaş, duz və zövqə görə ədviyyatlar.
Hazırlanması
redaktəƏvvəlcə qoyun ətini kiçik tikələrə doğramaq lazımdır. Soğanı təmizləyərək yarımhalqa şəklində, şampinionları isə iri-iri doğranır.
Qızdırılmış tavaya ilk olaraq soğan və göbələk tökülür, sonra ora əti əlavə edib qızılı rəngə çalana qədər 5-7 dəqidə qızardılır. Bundan sonra duz və istiot vurmaq, nar dənələrini əlavə etmək olar.
Kartofu və badımcanı təmizləyib iri doğramaq lazımdır. Bibərləri yuyandan sonra hər biri 8 hissəyə bölünür. Başqa tavada növbə ilə kartof, badımcan, bibər və pomidor hazır olana qədər qızardılır. Sıra ilə saca kartof, sonra da qızılı rəngdə olan badımcan və bibərlər düzülür. Ortası pomidorla bəzənir və üzəri lavaşla örtülür.
Süfrəyə verilməsi
redaktəSaciçini isti-isti yemək lazımdır. Ona görə də, sacı manqaldakı zəif odun üstünə qoymaq lazımdır ki, yemək soyumasın.
Mənbə
redaktə- Atəşdə doğulan yemək: Azərbaycan “Saciçi”sinin resepti. sputnik.az (azərb.)