Resept:Siyənəkli salat
Lazım olan ərzaqlar
redaktə- 1 siyənək
- 1 salxım üzüm
- 1,5 xörək qaşığı qoz
- 2 ədəd narıngi
- 1,2 stəkan yağlılığı 20% olan xama
- 3 xörək qaşığı mayonez
Hazırlanma qaydası
redaktəSiyənəyin iççalatını və sümüyünü çıxarıb, dərisini soyandan sonra ətini doğrayın. Üzüm gilələrini yuyun, naringilərin isə qabığını soyub, hissələrə ayırın. Qozu da iri-iri doğrayıb, bütün məhsulları bir-birinə qatın. Hazırladığınız salata mayonez və xama əlavə edin.