Resept:Son bahar salatı

Lazım olan ərzaqlar

redaktə
  • Kələm - 1kq.
  • Pomidor - 1kq.
  • Xiyar - 1kq.
  • Yerkökü - 1kq.
  • Baş soğan - 1kq.
  • Bərk alma -1kq.
  • Limon - 8 qr.
  • Hər banka üçün bir-iki dəfnə yarpağı
  • İki-üç ədəd diri istiot
  • Duz və zövqə görə şəkər

Hazırlanma qaydası

redaktə

Bütün tərəvəzlər yuyulub təmizlənir. Kələm doğranır, yerkökü nazik dairəvi şəkildə kəsilir. Hər ikisi birlikdə az miqdarda suda pörtlədilir. Diqqət edin ki, ötməsin. Bundan sonra nazik dairə şəkilli doğranmış soğan, təmizlənmiş xiyar, alma və pamidor bunların üzərinə əlavə edib,yumşalana qədər bişirilir. Sonra zövqə görə duz və şəkər əlavə edilir. Dəfnə yarpağı və diri istiot dənələri bankanın dibinə qoyulıur. Limon duzu ayrıca qabda suda həll edilib qaynadılır və hazırlanmaqda olan salatın üzərinə tökülür. Alınmış hazır salat bankalara doldurularaq pasterilizə edilir. Yarım litrlik bankaları 10 dəqiqə, 1 litrlik bankaları 20 dəqiqə pasterilizə etmək kifayətdir.

Mənbə

redaktə