Resept:Tərəvəz salatı
Kəklikotulu tərəvəz salatı
redaktəTərəvəz salatı | ||
---|---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi | |
Porsiya: | 4 | |
Enerji qiyməti: | 50 kkal. | |
vaxt: | 20 dəq. | |
Hazırlanma mürəkkəbliyi: | ||
Tərkibi
redaktə- ağ turp (100 q)
- yerkökü (100 q)
- kələm (100 q)
- yaşıl soğan (25 q)
- şüyüd, cəfəri və xırdalanmış kəklikotu
- duz, istiot, xama və ya mayonez
Hazırlanması
redaktəKəklikotu ilə tərəvəz salatı hazırlamaq üçün ağ turp (50 q) və yerkökü (50 q) iri gözlü sürtgəcdən keçirilir, üzərinə xırda doğranmış kələm (70 q), yaşıl soğan (25 q), şüyüd, cəfəri və xırdalanmış kəklikotu (100 q) əlavə olunur. Zövqə görə duz, istiot, xama və ya mayonez vurulur.