Resept:Tərəvəzli buğda salatı
Tərəvəzli buğda salatı — salat növü
Lazım olan ərzaq
redaktə6-8 nəfərlik üçün
- 2 stəkan buğda
- 4 ədəd orta ölçülü badımcan
- 1 ədəd kabaçok (zəruri deyil)
- 1 ədəd qırmızı bolqar bibəri – toxumu çıxardılmalıdır
- 1 ədəd sarı və ya turuncu bolqar bibəri – toxumu çıxardılmalıdır
- dadınıza görə zeytun yağı
- 1 ədəd limonun suyu
- 1 xörək qaşığı və yaxud dada görə narşərab (zəruri deyil)
- xırda doğranmış cəfəri
- xırda doğranmış şüyüd
- xırda doğranmış nanə
- xırda doğranmış təzə soğan – ağ və yaşıl yerləri
- duz
- istiot
Hazırlanma qaydası
redaktəTez bişməsi üçün buğda gecədən suya qoyulur. Buğdanı qazana su doldurub yumşalanadək bişirin. Buğdadan asılı olaraq bu, 1 saatdan 3 saata qədər çəkə bilər. Süzün və üstündən soyuq su gəzdirib suyunu süzdürün və iri qaba qoyun.
Buğda bişərkən, tərəvəzləri də bişirin. Bunun üçün onları xırda kubiklərə doğrayın. Listə qoyun, duz istiot və 2 xörək qaşığı zeytun yağı əlavə edib, əlinizlə qarışdırıb lay kimi yayın.
Sobanı 200 C-dək isidin. Listi sobanın orta yerinə qoyub, tərəzəvləri hər tərəfi qızaranadək təxminən 30 dəqiqə bişirin. Bu müddər ərzində listi bir və ya iki dəfə çıxardıb, tərəvəzləri hər tərəfi eyni bişməsi üçün qarışdırın. Tərəvəzləri kənara qoyun.
Qabdakı buğdaya dada görə duz, istiot, zeytun yağı, limon suyu, və narşərab əlavə edib, qarışdırın. Üstünə tərəvəzləri və göyərtini əlavə edib yenə qarışdırın.Tərəvəzlərin əzilməməsi üçün onu şox bərk qarışdırımayın .
Hazır salatı otaq hərarətində və ya bir qədər soyumuş vəziyyətdə süfrəyə verin.