Resept:Tacir salatı
Tacir salatı - Azərbaycan mətbəxinə aid salat növlərindən biri.
Tərkibi
redaktə600 qr. toyuğun döş əti, 120 qr. xərçəngin boyun hissəsi, 300 qr. krab əti, 5 ədəd kartof (soyutma bişmiş), 2 ədəd xiyar, 2 ədəd yerkökü (soyutma bişmiş), 0.5 çay qaşığı kapers, 60 qr. zeytun (tumsuz), 120 qr. kornişon, 1 ədəd yaşıl alma, 1 dəstə kahı, 1 xörək qaşığı qırmızı kürü (bəzək üçün), 300 qr. xama, 50 qr. xardal, 12 ədəd bildirçin yumurtası (soyutma bişmiş), 0.5 çay qaşığı duz.
Hazırlanması qaydası
redaktəTərəvəzlər yuyulub təmizlənir. Toyuğun döş əti bir qədər duzlu suda qaynadılır və xırda doğranılır. Bildirçin yumurtaları təmizlənir və hamısı tən ortadan kəsilir. Krab ətləri təmizlənir və kənarda saxlanılır. Kaperslər, zeytunlar və kornişonlar xırda doğranılır. Alma təmizlənir və özəyi atılır. Tərəvəzlər doğranılır, xiyar, yerkökü və alma iti bıçaqla xırda kubiklər şəklində doğranılır. Qarışdırmaq üçün hamısı bir boşqaba yerləşdirilir. Krab əti və doğranılan tərəvəzlər boşqaba əlavə edilərək hamısı qarışdırılır. Üzərinə mayonez və xardal qarışığı əlavə edilərək bir daha qarışdırılır və duz vurulur. Hazırlanmış salat kahı yarpağının üzərinə yerləşdirilir. Üstünə bəzək kimi qırmızı kürü və bildirçin yumurtaları yerləşdirilir.[1]